"Yəqin ki, bilirsiniz, son günlərdə virusa yoluxdum. Sağlamlıq qaydalarına riayət edirəm".
Sportnet.az xəbər verir ki, bu fikirləri İngiltərə təmsilçisi "Çelsi"nin koronavirusa yoluxan futbolçusu Kallum Hadson-Odoi klubun rəsmi saytına açıqlamasında deyib.
20 yaşlı ingiltərəli hücumçu hər kəslə əlaqəni kəsdiyini vurğulayıb: "Son iki gün ərzində məndə virus var idi. Artıq sağalmışam. Ümid edirəm ki, tezliklə hamını görəcəyəm və meydanda olacağam".
Qeyd edək ki, Kallum Hadson-Odoinin koronavirusa yoluxmasından sonra "Çelsi" komandanın karantinə alınacağını açıqlayıb. Baş məşqçi Frank Lampardın bu günə təyin olunan mətbuat konfransı ləğv edilib.