FIFA koronavirus səbəbindən milli komandaların iştirakı ilə mart və aprel aylarına planlaşdırılan oyunların təxirə salınmasını tövsiyə edib.
Sportnet.az məlumatına görə, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, son qərar yarışın təşkilatçıları və müqafiq qurumlar tərəfindən qəbul olunacaq.
Qeyd edək ki, FIFA daha öncə Asiya və Cənubi Amerikada keçirilməsi planlaşdırılan DÇ-2022-nin seçmə mərhələyə oyunlarını təxirə salıb. UEFA martın 17-də 55 milli assosiasiyanın iştirakı ilə video-konfrans təşkil edəcək. Müzakirələr bütün daxili və qitəmiqyaslı yarışları, habelə AVRO-2020-ni əhatə edəcək.
Xatırladaq ki, Avropanın və dünyanın bir sıra ölkəsində koronavirus pandemiyasına görə çempionatlar dayandırılıb