Maltada keçirilməsi planlaşdırılan "Futbol həftəsi" koronavirus pandemiyası səbəbindən ləğv olunub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin imntinasından sonra Lixtenşteyn yığması da toplanışa yollana bilməyib. İki ölkənin komandaları martın 26-da Maltada yoldaşlıq görüşündə üz-üzə gəlməli idilər. Lakin iştirakı planlaşdırılan ölkələr qarşılıqlı razılıq əsasında oyunları ləğv ediblər.
Qeyd edək ki, Malta toplanışında Azərbaycan millisi ev sahibləri ilə də qarşılaşmalı idi. Bu görüş martın 29-na planlaşdırılmışdı.