"Qəbələ" İdman Klubu bütün idman növləri üzrə məşq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu addım koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsi səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə atılıb.
Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyi qeyd olunub.