
"Qarabağ" klubunun əsas, əvəzedici komandaları və Futbol Akademiyasının məşqləri qeyri-müəyyən müddətə dayandırılıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu qərar koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar qəbul olunub.
Daha əvvəl digər klublar da məşqləri dayandırmışdı.