Cari mövsüm Azərbaycan Premyer Liqasında ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyevdir.
Sportnet.az-ın məlumatına görə, “Qarabağ”ın qapıçısı Azərbaycan Premyer Liqasının 9 matçında qapısını toxunulmaz saxlayıb.
Milliləşən rusiyalının ən yaxın izləyicisi Səlahət Ağayevdir. “Neftçi”nin qolkiperi 8 qarşılaşmada qol buraxmayıb. Çempionatın turnir cədvəlində olduğu kimi bu siyahıda da “Qarabağ” və “Neftçi”dən sonra “Keşlə” təmsilçisi gəlir. Moldovalı Stanislav Namaşko 7 matçı “quru” keçirib. Ən azı 5 belə oyun keçirən digər qapıçı da “Qarabağ”ın üzvüdür.
Asmir Beqoviç qısa müddət çıxış etdiyi çempionatın 6 matçında qapısının toxunulmazlığını qoruyub.
1 |
Şahruddin Məhəmmədəliyev |
Qarabağ |
9 |
2 |
Səlahət Ağayev |
Neftçi |
8 |
3 |
Stanislav Namaşko |
Keşlə |
7 |
4 |
Asmir Beqoviç |
Qarabağ |
6 |