
İspaniya "Real Madrid"i ilə yolları kəsişdiyi halda əsas komandada debüt edə bilməyən keyfiyyətli futbolçuların rəmzi komandası açıqlanıb. Sportnet.az-ın məlumatına görə, "11-lik"də "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero da var.
O, "Albasete"nin yetirməsi olsa da, İtaliya "Udineze"sinin üzvü kimi 2013-2014-cü illərdə "Real Madrid Kastilya"da icarə əsasında forma geyinib. Romero "Qarabağ"a 2019-cu il iyunun 23-də transfer olunub.
"11-liy"ə düşən futbolçular:
Qapıçı: İsaak Beserra ("Kordoba", İspaniya)
Müdafiəçilər: Kiko Femenia ("Uotford", İngiltərə), Xorxe Pulido ("Ueska", İspaniya), Luis Ernandes ("Malaqa", İspaniya), Serxio Sançes ("Albasete", İspaniya)
Yarımmüdafiəçilər: Fran Riko (karyerasını bitirib), Xuan Mata ("Mançester Yunayted", İspaniya), Xayme Romero ("Qarabağ", Azərbaycan)
Hücumçular: Rodriqo ("Valensiya", İspaniya), Adam Salai ("Maynts 05", Almaniya), Ruben Sobrino ("Valensiya").