
İtaliyanın "Yuventus" klubu Canluici Buffon, Corco Kyellini və Blez Matüidi ilə yeni müqavilələr bağlayacaq. Sportnet.az-ın "Corriere di Torino"ya istinadən məlumata görə, hər üç oyunçunun mövcud sözləşməsi iyunun 30-dək nəzərdə tutulub. Yeni anlaşma isə 2021-ci ilin yayınadək uzadılacaq.
"Qoca Sinyora"nın 35 yaşlı kapitanı Kyellini cari mövsümün böyük hissəsini xaçabənzər bağlarının qırılması üzündən buraxacaq. Təcrübəli müdafiəçi bu mövsüm "ağ-qaralar"ın heyətində 3 oyuna 1 qol vurub.
Yanvarda 42 yaşı tamamlanmış Buffon 11 qarşılaşmada 9 top buraxıb və 3 dəfə qapısını toxunulmaz saxlayıb.
32 yaşlı yarımmüdafiəçi Matüidi 24 görüşdə 2 məhsuldar ötürmə verib. Bu yaxınlarda ona koronavirus diaqnozu qoyulub.