
İngiltərə “Brayton”unun futbolçularından biri koronavirusa yoluxub.
Sportnet.az “Sky Sports”a istinadən xəbər verir ki, baş direktoru Pol Barber açıqlama verib. O, yoxlanışdan keçən üç oyunçudan birinin testinin müsbət nəticələndiyini söyləyib: "Biz müntəzəm tibbi yoxlama keçirmirik. Oyunçuları və personalı yalnız əlamətlərin yaranması zamanı yoxlayırıq. Virusa yoluxmuş oyunçu bütün lazımlı köməyi alır".
Qeyd edək ki, daha əvvəl İngiltərənin 5 futbolçusunda koronavirus aşkarlanıb. Bunlar “Çelsi”, “Portsmut” və “Vest Bromviç” klublarının oyunçularıdır.