
Fransa "Marsel"inin keçmiş prezidenti Pape Diuf 68 yaşında koronavirusdan dünyasını dəyişib.
Sportnet.az-ın "La Provence" nəşrinə istinadən verdiyi məlumata görə, Diuf martın 30-da Seneqalın paytaxtı Dakardakı xəstəxanalardan birinə ağır vəziyyətdə çatdırılıb. Lakin tibbi yardım nəticə verməyib.
Qeyd edək ki, Pape Diuf 2005 - 2009-cu illərdə "Marsel"in prezidenti postunu tutub. Seneqallı funksioner idman jurnalisti və futbol agenti kimi də çalışıb.