
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) futbol bazarının öyrənilməsinə həsr olunmuş illik hesabat dərc edib. Sportnet.az-ın məlumatına görə, hesabatda dünyanın ən bahalı futbolçularının siyahısı dərc olunub.
İlk pillədə Argentina milli komandasının və İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi göstərilib. Onun dəyəri 200,2 milyon avrodan 232,6 milyon avroyadək dəyişir. İkinci yerdə 105,7 - 122,9 milyon avro qiymətə malik Kriştianu Ronaldu ("Real Madrid" İspaniya, Portuqaliya) qərarlaşıb. Üçüncü pillə isə 98,5 - 114,5 milyon avro dəyəri olan Luis Suaresə ("Liverpul" İngiltərə, Uruqvay) məxsusdur.
Messi lider olsa da, qiyməti bir ilə 19 milyon avro enib. Əvəzində Ronaldunun dəyəri 4 milyon avro qalxıb.
İlk "10-luq"dakı futbolçular:
1. Lionel Messi ("Barselona" İspaniya, Argentina) — 200,2–232,6 milyon €
2. Kriştianu Ronaldu ("Real Madrid" İspaniya, Portuqaliya) — 105,7 – 122,9
3. Luis Suares ("Liverpul" İngiltərə, Uruqvay) — 98,5 – 114,5
4. Eden Azar ("Çelsi" İngiltərə, Belçika) — 75,9 – 88,3
5. Neymar ("Barselona" İspaniya, Braziliya) — 62,8 – 73
6. Pol Poqba ("Yuventus" İtaliya, Fransa) — 60,6 – 70,4
7. Qaret Beyl ("Real Madrid" İspaniya, Uels) — 58,4 – 67,8
8. Məsut Özil ("Arsenal" İngiltərə, Almaniya) — 54,2 – 57,7
9. Edinson Kavani (PSJ Fransa, Uruqvay) — 48 – 55,8
10. Mario Götse ("Bavariya", Almaniya) — 47 – 54,6.
Reytinqdə Avropanın ilk "5-lik" çempionatlarının futbolçuları nəzərə alınıb.