Beynəlxalq Çempionlar Kuboku koronavirus pandemiyasına görə ləğv edilən növbəti yarış olub.
Sportnet.az-ın məlumatına görə, bu qərar oyunçuların, personalın, azarkeşlərin və matçlarda iştirak edən hər kəsin sağlamlığı, təhlükəsizliyi naminə atılıb. Bildirilir ki, məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağının qeyri-müəyyənliyi, həmçinin Avropa futbolu oyunlarının təqvimindəki qeyri-müəyyənlik Beynəlxalq Çempionlar Kubokunun bu yayda keçirilməsinin mümkün olmadığını göstərir.
Qeyd edək ki, Beynəlxalq Çempionlar Kuboku yayda keçirilən yoldaşlıq yarışıdır. Hər il bu turnirdə dünyanın aparıcı klubları iştirak edir.