Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ertsgebirge” klubu məşqləri bərpa edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aue təmsilçisi hazırlığı kiçik qruplar şəklində gerçəkləşdirib.
Məşqə Nazarov da qatılıb. O, digər futbolçularla birgə fiziki və toplu çalışmaları yerinə yetirib.
Qeyd edək ki, Almaniya II Bundesliqasının oyunları koronavirus pandemiyasına görə dayandırılıb. Daha öncə bildirilib ki, liqa mayın 16-da bərpa oluna bilər.