
“Kəpəz” klubunun Müşahidə Şurasının üzvü, millət vəkili Müşfiq Cəfərov veteran futbolçu Rövşən Əhmədovu diqqətdə saxlamağa başlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Azad Əhmədov bildirib. O, Cəfərovun ailəsini təmin edə biləcək iş tapa bilməsi üçün hərəkətə keçib.
Qeyd edək ki, son iki gündə Rövşən Əhmədovun vəziyyəti ilə bağlı müzakirələr hamının sabiq veteranın durumundan narahat olduğunu ortaya qoyub. Əhmədov futbolçu karyerası müddətində "Kəpəz" və "Şəmkir"in heyətində vurduğu qollarla bombardirlər siyahısında yer alıb.