Bu gün AFFA-nın inzibati binasında İcariyyə Komitəsinin iclası
keçirilib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iclasda yeni yaradılan Məşqçilər Komitəsinin
əsasnaməsi də təsdiqlənib.
Əsasnamədə şağıdakı məsələlər öz əksini tapıb:
1. ÜMUMİ MÜDDƏALAR
1.1Bu Əsasnamə AFFA Məşqçilər Komitəsinin
fəaliyyətini tənzimləyir.
1.2Məşqçilər Komitəsi öz fəaliyyətini
AFFA Prezidenti tərəfindən təsdiqlənmiş Əsasnamə əsasında həyata keçirir.
1.3Şura öz işində bu Əsasnaməni,
FİFA, UEFA və AFFA-nın normativ sənədlərini və Azərbaycan Respublikasının
qanunvericiliyini rəhbər tutur.
1.4Katibliyin səlahiyyətində olan
məsələlər üzrə Məşqçilər Komitəsinin qərarları Baş katibin əmri ilə
təsdiqlənir.
1.5Əsasnamənin etibarlılıq müddəti
məhdudiyyətsizdir. Dəyişikliklər və əlavələr AFFA İcraiyyə Komitəsi
tərəfindən təsdiq olunur.
2.
ƏSAS VƏZİFƏLƏR
Məşqçilər Komitəsinin əsas vəzifələri aşağıdakılardır:
2.1.Milli Komanda məşqçilərinin
işinin koordinasiyası, məşqçilərin vəzifələrini yerinə yetirməsinə nəzarət
edilməsi.
2.2.Milli Komanda üzvlərinin
yüksək idman nəticələri əldə etməsinə həvəsləndirilməsi.
2.3.Milli Komanda üzvlərinin
hüquqlarına riayət edilməsi.
2.4.A-Milli Komanda
üzvlərinin karyeralarını bitirdikdən sonra məşqçi peşəsini seçməyə
istiqamətləndirilməsi.
2.5.Milli Komanda üzvləri və
məşqçiləri tərəfindən futbol və intizam qaydalarına riayət olunması.
2.6.Məşq prosesinin
keyfiyyətinin və effektivliyinin artırılması üzrə təkliflər hazırlanması.
2.7.Hər bir məşqçinin işinin
təhlilinin aparılması, yığma komandaların çıxışlarının nəticələrinin təhlil
edilməsi.
2.8.Müxtəlif yaş qruplarında
və kateqoriyalarında olan komandaların oyunlarının və toplanışlarının
analizinin aparılması və bu barədə Texniki Direktor və Baş katibə hesabat
təqdim edilməsi.
2.9.AFFA-da məşqçilər üçün
keçirilən kurslarda iştirak edilməsi
2.10.Təbliğat və təşviqat üzrə işlərdə
iştirak etmək, mətbuatla əlaqələri AFFA vasitəsilə həyata keçirmək.
3.
MƏŞQÇİLƏR KOMİTƏSİNİN STRUKTURU
3.1Məşqçilər Komitəsinin fəaliyyətinə
rəhbərliyi Sədr həyata keçirir. Sədr mövcud üzvlərin sırasından seçilir.
3.2.Məşqçilər Komitəsi 5
üzvdən ibarət olaraq 1 il müddətinə seçilir.
3.3.Məşqçilər Komitəsinin üzvləri
yüksək kateqoriyada ən azı 10 illik iş təcrübəsinə və A kateqoriyalı lisenziyaya
malik olmalıdır.
3.4.Məşqçilər Komitəsinin iclası ən azı
ayda 1 dəfə keçirilir və hər bir iclas komitənin katibi tərəfindən
protokollaşdırılır.
4.
MƏŞQÇİLƏR KOMİTƏSİNİN HÜQUQ VƏ MƏSULİYYƏTİ
4.1Məşqçilər Komitəsinin bütün
qərarları tövsiyə xarakterlidir.
4.2Məşqçilər Komitəsi aşağıdakı hüquqlara
malikdir:
- hər bir komitə üzvü Milli komandaların fəaliyyətinə dair
istənilən məsələnin müzakirəsini tələb etmək hüququ var;
- İcraiyyə Komitəsinin müzakirəsinə Milli komandalarla
bağlı əhəmiyyətli məsələləri çıxarmaq və onları müzakirə etmək;
- Komandaların fəaliyyətinə nəzarətə yekun vurmaq və onları
təhlil etmək, nəticələr çıxarmaq və qərarlar qəbul etmək;
Məşqçilər Komitəsi aşağıdakılara görə məsuliyyət daşıyır:
- qəbul olunan qərarlarda bu Əsasnamənin, FİFA, UEFA və AFFA-nın
normativ sənədlərinin tələblərinə riayət olunmasına görə;
- alınmış nəticələrin vaxtında təhlilinin aparılması və müvafiq
yazılı hesabatın təqdim olunmasına görə;
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mövqeyinin
müdafiə olunması və onun nüfuzuna xələl gətirilməməsinə görə;
- milli komandaların nüfuzunun möhkəmləndirilməsinə görə.