AVRO-2020-nin ev sahiblərindən Bakı turnirin oyunlarını qəbul etməyə hazırdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə federasiyanın Mətbuat xidmətindən "Ria Novosti"yə bildirilib.
Qeyd olunub ki, Avropa çempionatının 4 matçını keçirmək üçün bütün təminatlar hökumət tərəfindən verilib.
Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub.
Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.