İspaniya La Liqası təyin olunan vaxtdan bir həftə sonra - iyunun 19-da bərpa olunacaq.
Sportnet.az "Mundo Deporivo" nəşrinə istinadən xəbər verir ki, təlim protokolu çempionatın iyunun 12-də başlamasına mane olacaq. Protokola əsasən, klublar iyunun 1-dək normal məşqə qayıda bilməyəcəklər. La Liqa rəhbərliyi komandaların ən az iki həftə məşq etməsini istəyir.
Qeyd edək ki, La Liqasının prezidenti Xavyer Tebas çempionata iyunun 12-də başlamaq istədiklərini deyib. Turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı "Real Madrid"in 56 xalı var. La Liqa martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.