Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu II Bundesliqada növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Aue təmsilçisi XXIX turda “Haydenhaym”ın qonağı olub. Qarşılaşma Nazarovun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
30 yaşlı hücumçu matçda iştirak etməyib və sonadək ehtiyat oyunçular skamyasında qalıb.
Qeyd edək ki, "Ertsgebirge" 38 xalla 8-ci, “Haydenhaym” isə 48 xalla 4-cü pillədə qərarlaşıb. Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır.