Macarıstan Kubokunda "Honved" və "Mezekeveşd" arasında final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Budapeştdəki "Puşkaş Arena"da təşkil olunmuş qarşılaşma "Honved"in qələbəsi ilə yekunlaşıb - 2:1. Görüşü məhdud sayda azarkeş də izləyib.
Hesabı 33-cü dəqiqədə Corce Kamber açıb. 4 dəqiqə sonra Laslo Pekar fərqlənsə də, 56-cı dəqiqədə Kamber dubl edərək yekun nəticəni müəyyənləşdirib.
"Honved" tarixində 8-ci dəfə Macarıstan Kubokunu qazanıb. Daha çox belə titula "Ferentsvaroş" (23), MTK (12) və "Uypeşt" sahib çıxıb.