Rusiyanın "Yenisey" futbol komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, Krasnoyarsk təmsilçisi Aleksandr Tarxanova tapşırılıb. 65 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
O, bu postda Yuri Qazzayevi əvəzləyib.
Qeyd edək ki, martın 17-də dayandırılan Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq.