Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi Moskva "Dinamo"sunun gənclər komandasının ölkə çempionu olduğunu təsdiqləyib.
Sportnet.az qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, U-19 Liqası vaxtından əvvəl başa çatdırılıb və Moskva təmsilçisi çempion kimi tanınıb.
RFS komandanın UEFA Gənclər Liqasında iştirak edəcəyini bildirib.
Qeyd edək ki, Azərbaycanda "Qəbələ" klbunun U-19 komandası çempion elan edilib. "Dinamo"nun əsas komandasının Rusiya Premyer Liqasından Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə şansı az olduğu üçün 19 yaşlılar təsnifat mərhələsində Azərbaycan təmsilçisinə potensial rəqib olacaq.