İspaniya milliisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasında (RFF) prezidentliyə namizəd ola bilməyəcək.
Sportnet.az "Onda Cero" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 39 yaşlı keçmiş qolkiperin seçkilərə hazırlaşmaq üçün vaxtının olmamasıdır.
Kasilyas hazırda Portuqaliyanın paytaxtı Portu şəhərində yaşayır və ölkənin İspaniya ilə sərhədləri iyulun 1-dək bağlı olacaq. RFF-də prezidentliyə namizəd olmaq üçün sənədlər iyunun 24-dək təqdim edilməldiir.
Veteran futbolçu bu səbəbdən şəxsi görüşlər keçirə bilməyəcək və öz komandasını formalaşdırmağa vaxt tapmayacaq. Çünki onu dəstəkləyən insanların əksəriyyəti hazırda İspaniyadadır. Kasilyasın nümayəndələri hesab edir ki, o, hazırkı prezident Luis Rubialeslə eyni şəraitdə mübarizə aparmır.
Qeyd edək ki, İker Kasilyas "Real Madrid"in heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib. Son olaraq Portuqaliya "Portu"sunda çıxış edən Kasilyas fevralda karyerasını bitirib.