Türkiyə "Fənərbağça"sının futbolçusu Maks Kruze klubla yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, almaniyalı hücumçu "sarı-lacivərdlilər"lə müqaviləsini birtərəfli şəkildə pozub.
Qeyd edək ki, M.Kruze 2019-cu ilin yayında Almaniya "Verder"indən "Fənərbağça"ya keçib. 32 yaşlı forvardla 3 illik müqavilə imzalanmışdı.