Monteneqroda koronavirus epidemiyasına yoluxmanın yeni dalğası başlanıb.
Sportnet.az-ın məlumatına görə, yoluxanların çoxu Serbiya Kubokunda "Partizan" və "Srvena Zvezda" arasında Belqradda keçirilmiş yarımfinal matçını izləyənlərdən ibarətdir. Podqoritsa Kliniki Mərkəzinin direktoru Yevto Yerakoviç 9 "idxal" halının baş verdiyini bildirərək, müəyyən şəxsləri məsuliyyətsiz davranışda ittiham edib.
Yoluxanlardan 7-si ötən həftə Belqrad derbisinə yollanmış şəxslərdir. Oyunu ümumilikdə 16 min nəfər izləyib. Görüş "Partizan"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, indiyədək Monteneqroda koronavirusa 337 yoluxma, 9 ölüm faktı qeydə alınıb.