İngiltərənin "Vulverhempton" klubu baş məşqçi Nunu Eşpritu Santu ilə müqaviləni uzatmaq istəyir.
"Report"un "The Guardian"a istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis yeni sözləşmə ilə bağlı danışıqlara hazırdır. Portuqaliyalının hazırkı anlaşması 2020/2021 mövsümünün sonunadəkdir.
Santu "Vulverhempton"a 2017-ci ildən rəhbərlik edir. Cari mövsüm İngiltərə Premyer Liqasında 29 turdan sonra bu klub 43 xalla 7-ci yerdə gedir. Komandanın heyətində Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da yer alıb.