
"Monako" klubunun futbolçusu Sesk Fabreqasın həyat yoldaşı Daniella Semaan özündən 12 yaş böyükdür. Sportnet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin xanımı 45 yaşlı livanlı modeldir.
Lakin fotolarına əsasən, Semaana 30-dan çox yaş vermək mümkün deyil. O, məşhur brendlərlə əməkdaşlıq edir, "Instagram" akkauntunda isə 3 milyonadək izləyici var.
Semaan 5 qardaş və 1 bacının əhatəsində böyük ailədə böyüyüb. Hazırda o, Fabreqasla birgə 5 uşaq böyüdür və tez-tez ailə fotolarını paylaşmağı sevir.
Lakin bütün uşaqlar Semaanın ispaniyalı futbolçu ilə nikahından doğulmayıb. Cütlüyə iki uşaq modelin əvvəlki əri, livanlı oliqarx Eli Taktukdan əmanət qalıb. Daniella və Eli ayrılmaq yox, üçüncü uşağın dünyaya gəlişini istəyiblər. Lakin paparatsilər Semaanı Fabreqasla tutaraq, fotonu sosial şəbəkədə yerləşdiriblər. Taktuk isə xəyanəti bağışlamayıb və məhkəməyə boşanma ərizəsi verərək, bir neçə milyonundan məhrum olub. Semaan isə Fabreqasla nikaha girib.
Mərasimin təşkili ilə modelin böyük qızı Mariya məşğul olub.
Toyda bir çox futbol ulduzu iştirak edib. Onların arasında Lionel Messi də olub. İki futbolçunun həyat yoldaşları Fabreqas İspaniya "Barselona"sında çıxış etdiyi vaxt dostlaşıb.
Fabreqas və Semaan vaxtlarını birgə keçirir, demək olar ki, hər gün yeni fotolar paylaşırlar. Futbolçu Fransa çempionatına üz tutduqdan sonra bütün ailə Monakoya yollanıb.