
Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" komandasında baş məşqçi dəyişikliyi olub.
Spotnet.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, müqaviləsi başa çatan Vinfrid Şaferi rumıniyalı Daniel İsaila əvəzləyib.
Qeyd edək ki, Riçard Almeyda "Qarabağ"da da çıxış edib.