
İtaliyanın "İnter" klubunun qapıçısı Tommazo Berni futbol tarixində qeyri-adi statistikaya imza atıb.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qolkiper A Seriyasının XXVIII turunda səfərdə "Parma"nı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə ehtiyat oyunçular skamyasında qırmızı vərəqə alıb.
Berni bu mövsüm "Kalyari" ilə 1:1 hesabı ilə başa çatan matçda da eyni cəzaya məruz qalıb.
2014-cü ildən "İnter"in heyətində yer alan qapıçı rəsmi görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, Tommazo Berninin müqavilə mövsümün sonunda başa çatır.