Azərbaycan Premyer Liqasındakı 8 klubdan 7-si yay təlim-məşq toplanışını Qəbələdə keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargah icazəni təkcə avrokuboklarda mübarizə aparacaq klublara verməyib.
"Qarabağ", "Neftçi" və "Sumqayıt"dan əlavə, artıq "Sabah" da Qəbələdədir. Tezliklə "Zirə" və "Səbail" də bölgədə hazırlığa başlayacaq. Onlara yerli komanda - "Qəbələ" də qoşulacaq. "Keşlə" isə Şamaxıda hazırlıq keçməyə üstünlük verib.
"Zirə" Lənkəran variantını nəzərdən keçirsə də, yekunda Qəbələyə yollanmağa üstünlük verib.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda 6 təbii, 2 süni örtüklü meydan var.