Rusiyada yayımlanan "Naş futbol” telekanalının baş direktoru İlya Gerkus azərbaycanlıdır. Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, Gerkus 3 ay öncə AFFA-ya danışıqlar üçün dəvət olunub. Söhbət zamanı Gerkus özünün də azərbaycanlı olduğunu deyib: "İlya mənə dedi ki, əsl adı İlhamdır, 16 il öncə Moskvaya köçüb. Rusiyada onu İlya çağırırlar”.
Məmmədov bildirib ki, belə gözəl fürsətdən yararlanmaq lazımdır: "Belə populyar telekanalın baş direktoru azərbaycanlıdır. Niyə də onu dəvət edib yenidən danışıqlar aparmayaq? Təbii ki, ayrıca təkcə Premyer Liqa deyil, I divizion və aşağı yaş qrupları üzrə liqalarımızın oyunlarının yayımlanması üçün ayrıca telekanalın yaradılma ideyası yaxşı təklifdir və onun üzərində işləməliyik”.