Almaniyanın "Ştutqart" klubu futbolçusu Ailton Silva ilə vidalaşmağa hazırlaşır.
Sportnet.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçiyə özünə yeni klub tapması tapşırılıb.
Bundesliqaya yenicə vəsiqə qazanmış komandanın sol cinahında rəqabət yüksək olduğundan, 25 yaşlı oyunçunun meydana çıxma şansı aşağı qiymətləndirilir.
Ailtonla Yunanıstanın "Aris" klubu yaxından maraqlanır.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Neftçi"nin də formasını geyinmiş Ailton Silva 2019/2020 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib.