![](/uploads/posts/2020-08/1596834863_azer-baqirov.jpg)
“Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub.
Sportnet.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb. Klubda 2019-cu ilin oktyabrından çalışan mütəxəssis 2019/2020 mövsümündə məşqçi funksiyasını yerinə yetirib.
Onun “Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan Kuboku) çıxan “qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub. 28 qol vuran futbolçular 23 top buraxıb.
“Qəbələ” Bağırova komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.