
Argentinalı veteran futbolçu Karlos Teves "Boka Huniors"la müqaviləsini uzadıb.
Sportnet.az-ın məlumatına görə, 36 yaşlı hücumçu bu addımı komandasına 34-cü dəfə ölkə çempionluğu qazandırmaqda kömək etməsindən sonra atıb. O, koronavirus pandemiyası dövründə əmək haqqını xeyriyyə məqsədlərinə sərf etdikdən sonra yeni sözləşmədən imtina etmişdi. Teves bu klubu Çin təmsilçisi "Şanxay Şenxua"dan gəlib.