
Braziliyalı futbolçu Villian İngiltərənin "Çelsi" klubu ilə vidalaşıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 32 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" səhifəsində yazıb. "Sambaçı" gedəcəyi komandanı açıqlamayıb.
"The Sun" nəşri isə Villianın "Arsenal"a keçəcəyini yazıb. Onunla həftədə 100 min funt sterlinq dəyərində 3 illik müqavilə bağlanılacaq.
Qeyd edək ki, Villian "Çelsi"yə 2013-cü ildə Rusiya "Anji"sindən keçib.