Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi” və "Keşlə"nin I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 3-ə enib.
Sportnet.az-ın məlumatına görə, bunlar Şimali Makedoniyanın "Şkupi”, Albaniyanın "Laçi” və Gürcüstanın "Dinamo” (Batumi) klublarıdır. Paytaxt təmsilçiləri səpələnmişlər səbətində yer aldıqları üçün nisbətən aşağı reytinqli komandalarla üz-üzə gələcəklər.
Səpələnməmişlər səbətindəki "Sumqayıt" isə Rumıniyanın "Universitatya Krayova", Qazaxıstanın "Kayrat", Şimali Makedoniyanın "Şkendiya" və Serbiyanın "Baçka Topola" klublarından biri ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.