AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi (PFL) "Sumqayıt" və Şimali Makedoniya "Şkendiya"sı arasında keçirilən Avropa Liqasının I təsnifat mərhələsinin oyununu izləyir.
Sportnet.az-ın məlumatına görə, milli assosiasiyanın baş katibi Elxan Məmmədovla PFL prezidenti Ramin Musayev hazırda "Kapital Bank Arena"dadır. Eyni zamanda Azərbaycan millisinin qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenko matça baxır.
Hələlik hesab açılmayıb.