
"Klub və futbolçular üçün böyük uğur oldu. Çünki ilk dəfə avrokuboklarda mərhələ keçdik. İndi gücümüzü bərpa etməli və növbəti matça köklənməliyik".
Sportnet.az xəbər verir ki, bu fikirləri Albaniya "Laçi"sinin futbolçusu Teko "Globoesporte" nəşrinə açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə"ni penaltilər seriyası ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
25 yaşlı hücumçu mərhələ adladıqları üçün çox sevindiyini bildirib. Braziliyalı oyunçu Azərbaycan təmsilçisi ilə matçın çətin keçdiyini etiraf edib: "Rəqib keyfiyyətli komanda idi. Albaniyanı tərk edən mərhələ haqqında düşündük. Səhvsiz oynamalı idik. İkinci hissədə azlıqda qaldıq. Amma oyunçuların iradəsi ilə qələbə qazana bildik".
Qeyd edək ki, "Laçi" əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda penaltilərdə "Keşlə"ni 5:4 hesabı ilə üstələyib.