Rumıniya "Universitatya"sı ilə yollarını ayıran Sezar Meza Kolli "Keşlə"yə keçməyəcək.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu paraqvaylı yarımmüdafiəçinin transferindən imtina edib. Pleymeyker mövqeyinə Cavid İmamverdiyev və Alvaro Tabaresin alındığını əsas gətirən "qırmızı-ağlar" əlavə oyunçu transferinə ehtiyac görməyib.
Qeyd edək ki, Sezar Meza Kollinin milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunması gündəmdədir.