UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Türkiyənin "Qalatasaray" komandası Bakıya gəlib.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlanacaq.
???? Galatasarayımız, resmi sponsorumuz @TK_TR uçağıyla Bakü’ye iniş yaptı. ???????? pic.twitter.com/gcxJ4ZnZkf
— Galatasaray SK (@GalatasaraySK) September 16, 2020