
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin “Makkabi” (Təl-Əviv) komandası növbəti transferini gerçəkləşdirib.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, Aleksandr Peşiçlə 1+1 illik müqavilə imzalanıb. 28 yaşlı serbiyalı hücumçunun son klubu Səudiyyə Ərəbistanı “Əl İttihad”ı olub. O, "Makkabi"yə azad agent kimi keçib.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının I qrupunda “Makkabi” ilə yanaşı, İspaniyanın “Vilyarreal” və Türkiyənin “Sivasspor” klubları ilə mübarizə aparacaq.