
Türkiyə "Fənərbağça"sının futbolçusu Sadık Çiftpınar sosial şəbəkə hesabında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paylaşım edib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi Azərbaycana dəstək verib.
"Rəbbim qardaş ölkə Azərbaycanı və xalqını qorusun", - təcrübəli oyunçu yazıb.
Qeyd edək ki, Sadık Çiftpınar 2019-cu ilin yanvarından İstanbul klubunda çıxış edir.