"Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiçin yeni komandası müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı xorvatiyalı qolkiper Bosniya və Herseqovinanın "Zrinski" klubuna keçib.
Varvodiçin müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Miro Varvodiç 2012-ci ildə "Qarabağ"la iki illik müqavilə imzalamışdı. O, bir il sonra sözləşməni qarşılıqlı razılıq əsasında ləğv edib və Ağdam təmsilçisindən ayrılıb.