Cənubi Afrika Respublikası (CAR) millisinin sabiq futbolçusu Anele Nqtsonqtsa dünyasını dəyişib.
Sportnet.az "ENCA"ya istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin ölümünə avtomobil qəzası səbəb olub. Hadisə CAR-ın Kvazulu-Natal əyalətində baş verib.
Nqtsonqtsanın həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, Anele Nqtsonqtsa karyerası ərzində Belçikanın "Genk", "Ruselare" və Fransanın "Trua" komandalarının formasını geyinib. O, sentyabr ayından bəri klubsuz idi. Futbolçu Cənubi Afrika Respublikası millisinin heyətində 52 matçda meydanda olub.