İngiltərənin "Arsenal" komandası UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Avstriya "Rapid"i ilə oyunun azarkeşlərin iştirakı ilə keçiriləcəyini açıqlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi tvitter səhifəsində paylaşım edilib.
"Fanatlarsız 9 ay keçib. Gələn həftə 2 000 tərəfdarın "Emireyts" stadionunda olacağını elan etməkdən şadıq", məlumatda bildirilib.
Daha əvvəl İngiltərə mətbuatında Premyer Liqasının Liverpul və London şəhərlərində keçiriləcək oyunlarında azarkeşlərin iştirakına icazə veriləcəyi ilə bağlı xəbər yayılıb.
Qeyd edək ki, "Arsenal" - "Rapid" görüşü dekabrın 3-də olacaq.