
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha 3 oyunu üçün bütün təyinatlar açıqlanıb.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabrın 29-da keçiriləcək "Keşlə" - "Sabah" matçı İnqilab Məmmədova, "Səbail" - "Qarabağ" görüşü Elçin Məsiyevə həvalə olunub.
Noyabrın 30-dakı "Sumqayıt" - "Səbail" qarşılaşmasını isə Rəhim Həsənov idarə edəcək.
29 noyabr (bazar)
14:00. “Keşlə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
ASK Arena.
16:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
ASCO Arena.
30 noyabr (bazar ertəsi)
16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Kapital Bank Arena.