
UEFA Avropa Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada Almaniyanın "Bayer" klubunun hücumçusu Leon Beyli layiq görülüb.
Yamaykalı forvard evdə Çexiyanın "Slaviya" klubuna 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
23 yaşlı futbolçu UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə Almaniya "Hoffenhaym"ından Maksimilian Bayeri, Bolqarıstanın MOİK (Sofiya) klubundan Ali Sounu və İngiltərənin "Tottenhem" komandasından Covanni Lo Çelsonu qabaqlayıb.