
Azərbaycan birinci divizionunda 11-ci tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Turun açılış matçında “Zaqatala” “Sabah-2”ni 3 cavabsız qolla məğlub edib. “Keşlə-2” - “Qaradağ Lökbatan” matçında qapılara 7 qol vurulub. "Kəpəz" isə "Sumqayıt-2" ilə heç-heçə edib 2:2.
18 dekabr
"Zaqatala" – "Sabah-2" - 3:0
Qol: Rəhman Şabanov, 34. Bəhruz Teymurov, 58. Ramin Əhmədov, 75.
"Keşlə-2" – "Qaradağ Lökbatan" - 4:3
Qol: Emin Quliyev, 27. Elvin Sərkərov, 71-avtoqol. Elmir Rəhimzadə, 77. Elnur Süleymanov, 81 –
"Kəpəz" – "Sumqayıt-2" - 2:2
Qol: Ruslan Süleymanov, 46. Emil Qasımov, 47 – Elçin Əsədov, 24-pen. Rüstəm Hümbətov, 42.