Fransanın PSJ komandası yeni baş məşqçisi Maurisio Poçettinonun rəhbərliyi altında ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Liqa 1-in XVIII tur matçında rəqib "Sent Etyen" olub. Paris təmsilçisi səfər qarşılaşmasından 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Hesabı 19-cu dəqiqədə "Sent Etyen"in futbolçusu Romen Amuma açıb. Bundan 3 dəqiqədə sonra Moyze Kin bərabərlik qolunu vurub.
Hazırda PSJ 36 xalla 2-ci pillədə gedir. Lider "Lion"un 39 xalı var. "Sent Etyen" isə 19 xalla 14-cüdür.
Qeyd edək ki, Maurisio Poçettino PSJ-nin baş məşqçi postuna yanvarın 2-də təyin olunub. O, yeni vəzifədə Tomas Tuxeli əvəzləyib.