
İngiltərənin "Arsenal" klubu futbolçusu Rob Holdinqlə yeni müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilədək uzadılıb.
Tərəflər müqavilə başa çatdıqdan sonra əməkdaşlığı daha 1 il davam etdirə bilərlər.
Qeyd edək ki, 2016-cı ildən "Arsenal"da çıxış edən ingiltərəli oyunçu 96 rəsmi matçda meydana çıxıb və 2 qol vurub.