Azərbaycanın həvəskar klublarının 2020-ci ildə heyətlərinə cəlb etdiyi futbolçuların sayı açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə FIFA-nın transferlərlə bağlı hesabatında bildirilib.
Ölkədəki həvəskar klublar bu dönəmdə heyətlərinə 2 futbolçu cəlb ediblər və 8-i ilə vidalaşıblar. Transferlərdə cəmi iki klub iştirak edib.
Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Region Liqası yarımçıq dayandırılıb.